iPhone 15 Pro-nu almaq üçün müxtəlif ölkə vətəndaşları nə qədər müddət çalışmalıdırlar?

iPhone 15 Pro-nu almaq üçün müxtəlif ölkə vətəndaşları nə qədər müddət çalışmalıdırlar?

Mobil Cihazlar
15.09.2023 PAYLAŞIM

    Picodi adlı servisin analitikləri iPhone indeksini yeniləyiblər. Qeyd etmək lazımdır ki, bu indeks Apple şirkətinin aktual flaqman smartfonunu əldə etmək üçün müxtəlif ölkələrin vətəndaşlarının neçə gün ərzində çalışmaları lazım olduğunu göstərir. Yenilənmiş iPhone indeksi siyahısına 40-dan çox ölkə daxil olub və bu siyahı Apple şirkətinin yenicə təqdim etmiş olduğu iPhone 15 Pro-nun əldə edilməsi üçün müxtəlif ölkələrin vətəndaşlarının neçə gün ərzində çalışmalı olduqlarını sərgiləyir. Təqdim edilmiş siyahıdakı sıralanma iPhone 15 Pro-nun əldə edilməsi üçün müxtəlif ölkələrin vətəndaşlarının çalışmalı olduqları günlərin sayının azalması üzrə infoqrafik formatda tərtib edilib.


    Beləliklə siyahının birinci yerində qardaş ölkə Türkiyə qərarlaşıb. Statistikaya əsasən iPhone 15 Pro-nun əldə olunması üçün bu ölkənin vətəndaşları 123.7 gün ərzində çalışmalıdırlar. Eynilə Filippin Respublikası (79.5 gün) və Braziliyada da (66.6 gün) bu göstərici olduqca yüksəkdir. Siyahının ilk beşliyinə həmçinin Hindistan (55.9 gün) və Vyetnam da (55.6 gün) daxil olublar. iPhone 15 Pro-nun əldə edilməsi üçün ən az müddət ərzində çalışmalı olan vətəndaşların daxil olduqları ölkələr reytinqində birinci yeri İsveçrə tutub. Belə ki, bu ölkənin vətəndaşları Apple şirkətinin yeni smartfonunu əldə etmək üçün cəmi 4.2 gün ərzində çalışmalıdırlar. iPhone-nun vətəni olan ABŞ-da bu göstərici 5.3 gün təşkil edir. İlk beşliyə daxil olan ölkələr arasında Avstraliya (6.3 gün), Lüksemburq (6.5 gün) və Sinqapur (6.7 gün) var.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×