Logo
    main-post-cover

    iPhone 15 Pro-nun 3D CAD render fotoları ortaya çıxıb

    Cihazlar+
    17.02.2023
    Emil
        Smartfonlar üçün nəzərdə tutulmuş keyslərin istehsalı ilə məşğul olan şirkətlər hazırlanan yeni smartfonların xarici görünüşləri barəsində detalları brendlər tərəfindən təqdim edilən 3D render modellər vasitəsilə öncədən öyrənirlər. Bu dəfə isə internetdə iPhone 15 Pro-nun 3D render modelinin fotoları ortaya çıxıb. Onların sayəsində sözügedən smartfonun necə görünəcəyini qiymətləndirmək olar. Fotolardan birində iPhone 15 Pro-nun ön panelindəki dəyişiklikləri görmək olar. Belə ki, ekran çərçivələri daha nazik olublar, gövdə və qoruyucu şüşənin küncləri isə dairəvi forma əldə ediblər. Bundan əlavə olaraq smartfonun kənar hissəsində səsin tənzimlənməsi düymələrini və SIM kart girişini görmək olar.
        Arxa panelə gəldikdə isə o, 2.5D qoruyucu şüşə əldə edib. Bununla yanaşı arxa panelin metal materialdan hazırlanmış çərçivələri daha hamar olublar. Arxa kameraların yerləşdikləri xüsusi kvadrat sahənin qalınlığı isə artıb. Arxa kamera sahəsinin qalınlığının artması şirkətin bu smartfona yeni kamera obyektivini inteqrasiya edəcəyinə işarə edir. Gövdənin aşağı hissəsində həmçinin gövdə künclərinin dairəvi formada reallaşdırıldığını görmək olar. Aşağı hissədə üstəlik USB Type-C girişinin forması da mövcuddur. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iPhone 15 seriyasında Apple şirkəti daha bir modeli təqdim edəcək. Söhbət, iPhone 15 Ultra-dan gedir. O, digərlərindən daha flaqman funksiyalar və texniki göstəricilər ilə fərqlənməlidir. Qeyd etmək lazımdır ki, iPhone 15 seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutmalıdır.
    Paylaş
    Bənzər xəbərlər