
iPhone 15 Pro-nun render fotoları təqdim edilib
Son zamanlarda iPhone 15 barəsində ortaya çıxmış məlumat sızıntıları ona işarə edirlər ki, Apple öz yeni smartfonlarının dizaynlarına kiçik bir dəyişiklik əlavə edəcək. Belə ki, iPhone 15 Pro ilə iPhone 15 Pro Max daha nazik ekran ətrafı çərçivələri əldə etməlidir. İndi isə 9to5mac saytı iPhone 15 Pro modelinin render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar iPhone 15 Pro modelinin ekran dizaynını öncəki iPhone modellərinin ekran dizaynları arasındakı fərqi sərgiləyirlər.
Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, iPhone 15 Pro modeli rekord göstəricidə nazik ekran ətrafı çərçivələri əldə edəcək. Məlumata əsasən smartfonun ekran ətrafı çərçivələri 1.5 mm təşkil edəcək. Gələn ay təqdim ediləcək yeni smartfonların ekran dizaynlarını iPhone X, iPhone XS və iPhone 11 Pro modellərinin ekran dizaynları ilə müayisə edən zaman fərq həmin an nəzərə çarpır.
Paylaş
Bənzər xəbərlər