iPhone 15 Pro və iPhone 15 Pro Max bir qədər yüngül çəkiyə sahib olacaqlar

iPhone 15 Pro və iPhone 15 Pro Max bir qədər yüngül çəkiyə sahib olacaqlar

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Apple sabah iPhone 15 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya daxil olacaq modellər arasında həmçinin iPhone 15 Pro və iPhone 15 Pro Max olacaqlar. iPhone 15 Pro modellərində gözlənilən əsas yeniliklərdən biri də onların gövdə ətrafı çərçivələrinin titan materialdan hazırlanmasıdır. Söhbət, Ti-6AI-4V adı ilə tanınan 5-ci sinif titan materialdan gedir. Bu, müxtəlif sənaye sahələrində istifadə edilən titan ərintisidir. Sözügedən titan material korroziyaya qarşı yüksək dözümlülüyü ilə seçilir. Məlum olub ki, iPhone 15 Pro modellərinin gövdə ətrafı çərçivələrində istifadə ediləcək bu material smartfonların dözümlülük səviyyələri ilə yanaşı onların çəkilərinə də təsir göstərəcək.

    Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən iPhone 15 Pro modellərində titan materialın istifadəsi öz növbəsində onların çəkilərinin 10% azalmasına imkan verib. Macrumors saytı insayderin sözlərini təsdiqləyib. Bununla yanaşı Macrumors həmçinin iPhone 15, iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinin ölçüləri barəsində dəqiq məlumatları əldə edib. Beləliklə məlumatda qeyd edilib ki, iPhone 15 Pro-nun qalınlığı 8.25 mm, uzunluğu 146.6 mm, eni 70.6 mm, çəkisi isə 188 qramm təşkil edir.


    Beləliklə iPhone 15 Pro modeli iPhone 14 Pro modelindən 18 qramm daha yüngüldür. iPhone 15 Pro Max-ın öz növbəsində qalınlığı 8.25 mm, uzunluğu 159.9 mm, eni 76.7 mm, çəkisi isə 221 qramm təşkil edir. Beləliklə iPhone 15 Pro Max modeli iPhone 14 Pro Max modelindən 19 qramm daha yüngüldür. iPhone 15-ə gəldikdə isə onun qalınlığı 7.8 mm, uzunluğu 146.7 mm, eni 71.5 mm, çəkisi isə 172 qramm təşkil edir. iPhone 15-in ölçüləri və çəkisi iPhone 14-ün ölçüləri və çəkisi ilə eynidir.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×