Logo
    main-post-cover

    iPhone 15 Pro və iPhone 15 Pro Max-da NFC ilə bağlı problemlər yaşanır

    Cihazlar+
    02.10.2023
    Emil
        İnternetdə bəzi BMW sürücüləri şikayətlənməyə başlayıblar. Belə ki, sürücülərin sözlərinə əsasən onların iPhone 15 smartfonlarında NFC çipinin çalışmasında nasazlıqlar baş verib. Onlar qeyd ediblər ki, bunun səbəbi avtomobillərdə olan naqilsiz şarj texnologiyasıdır. Bu problemlə iPhone 15 Pro iPhone 15 Pro Max modellərinin istifadəçiləri qarşılaşıblar.
        İstifadəçilərin sözlərinə əsasən BMW avtomobillərindəki naqilsiz şarj texnologiyasından istifadə nəticəsində iPhone 15 Pro modelləri məlumatların bərpa edilməsi rejiminə keçid edirlər və onlarda olan NFC çipinin çalışması ümumiyyətlə deaktiv edilir. Bu səbəbdən də istifadəçilər Apple Pay-dən, rəqəmsal açarlardan və digər özəlliklərdən istifadə edə bilmirlər. Apple ilə BMW bu problemə hələ fikirlərini bildirməyiblər. Bununla belə məlumatda qeyd edilib ki, Apple bəzi istifadəçilərin zədələnmiş iPhone-larını yeniləri ilə əvəz edib.
    Paylaş
    Bənzər xəbərlər