
iPhone 15 Pro və iPhone 15 Pro Max-ın ekranında yanma problemi yaşanır
iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinin satışa çıxmalarından sonra onlarda bir sıra problemlər ortaya çıxdı. İlk öncə onlarda yüksək temperatura kimi qızma problemi yaşandı. Daha sonra məlum oldu ki, sözügedən iPhone 15 modellərinin səsgücləndiricilərində səsin xırıltı ilə əks olunması problemi mövcuddur. İndi isə iPhone 15 Pro modellərinin istifadəçiləri öz smartfonlarında yaşanan yeni problemdən şikayətlənməyə başlayıblar. Söhbət, iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində ekranın yanması problemindən gedir. Sözügedən problemlə qarşılaşmış istifadəçilər öz smartfonlarının yanmış ekranlarının fotolarını təqdim ediblər.
İstifadəçilərin şikayətlərindən belə qənaətə gəlmək olar ki, smartfonların ekranlarında təsvirlərin qalıqları əks olunur. Bu, sistem tərəfindən qrafikanın tam çəkilməməsi və artıq itmiş təsvirin siluetinin ekranda əks olunması halında baş verir. Bəzi istifadəçilər bildiriblər ki, onlar sözügedən problemlə smartfonların ilk dəfə işə salınması halında qarşılaşıblar. Yaranmış yeni problemin bir neçə səbəbi ola bilər. Satılmış ilk smartfon partiyasına problemli ekran matrisalarına sahib modellərin daxil olması, proqram təminatında hansısa problem və ya iPhone 15 Pro modellərinin qızmaları. Apple bu problemə hələ rəsmi bir fikir bildirməyib.
Paylaş
Bənzər xəbərlər