Logo
    main-post-cover

    iPhone 15 Pro və iPhone 15 Pro Max məhdud sayda satışa çıxa bilərlər

    Cihazlar+
    24.07.2023
    Emil
        Keçən həftə analitiklər proqnozlaşdırmışdılar ki, iPhone 15 smartfonlarının satışları bir neçə həftəlik gecikəcək və yalnız oktyabr ayında başlayacaq. Verilmiş yeni məlumatda isə qeyd edilib ki, iPhone 15 Pro ilə iPhone 15 Pro Max modelləri məhdud sayda satışa çıxa bilərlər. Məlumatda qeyd edilib ki, Apple LG Display şirkətinin ekranları ilə bağlı ciddi problemlə qarşılaşıb. Məsələ burasındadır ki, iPhone 15 smartfonları nazik çərçivələr ilə təchiz olunacaqlar. Bu isə smartfonların ölçülərini dəyişmədən onları böyük ölçülü ekranlar ilə təchiz etməyə imkan verəcək.
        Lakin ekranlar gövdənin birləşdirilməsi prosesi zamanı LG Display-in ekranları dözümlülük testlərindən keçə bilməyiblər. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə Apple buna bənzər problemi Apple Watch smart saatında yaşamışdı. Apple hal hazırda bu problemi aradan qaldırmağa çalışır. Məlumatda qeyd edilib ki, şirkət smartfonların yığılması prosesində Samsung ekranlarından istifadə edə bilər. Bununla belə məlumata əsasən bu cür problem nəticəsində iPhone 15 modellərinin məhdud sayda satışa çıxmalarına səbəb ola bilər. Məhdud sayda satışa çıxma problemi əsasən iPhone 15 Pro ilə iPhone 15 Pro Max-ı əhatə edəcək.
    Paylaş
    Bənzər xəbərlər