Logo
    main-post-cover

    iPhone 15 protipinin fotoları ortaya çıxıb

    Cihazlar+
    23.02.2023
    Emil
        Bir neçə müddət bundan öncə iPhone 15 Pro smartfon modelinin USB Type-C girişinə sahib prototipinin fotosu ortaya çıxmışdı. İndi isə adi iPhone 15 modelinin prototipinin fotoları ortaya çıxıb. Məlumatda qeyd edilib ki, ortaya çıxmış fotolarda adi iPhone 15 modelinin ilkin mühəndis versiyası əks olunub. Fotolardan birində görmək olar ki, smartfon Lightning girişi əvəzinə USB Type-C ilə təchiz olunub. Əlavə olaraq smartfon ekranı özündə Dynamic Island çıxıntısını və nisbətən daha nazik ekran ətrafı çərçivələri birləşdirir.
    Paylaş
    Bənzər xəbərlər