
iPhone 15 smartfonları müxtəlif növ USB Type-C ilə təchiz oluna bilərlər
Cihazlar+
17.11.2022
Emil
Hələ bir neçə müddət bundan öncə Apple şirkətinin təmsilçisi təsdiqləmişdi ki, Apple iPhone-larda USB Type-C girişini məcburi şəkildə reallaşdıracaq. Belə ki, Avropa Birliyinin qəbul etmiş olduğu yeni qanuna əsasən Avropa Birliyi regionunda satılacaq bütün elektron cihazlar 2024-cü ilin sonuna kimi USB Type-C girişi ilə təchiz olunmalıdırlar. Apple da bu qanuna riayət etməlidir. İndi isə məşhur analitik Ming-Chi Kuo iPhone-larda USB Type-C girişinin reallaşdırılması mövzusunda yeni məlumatları təqdim edib.
Beləliklə analitikin təqdim etmiş olduğu məlumata əsasən gələn ilki iPhone 15 modelləri müxtəlif USB Type-C girişinə sahib olacaqlar. Belə ki, adi iPhone 15 ilə iPhone 15 Plus modelləri məlumatların saniyədə 480 Mbit sürətlə ötürülməsi özəlliyinə sahib USB 2.0 girişi ilə təchiz olunacaqlar. Bu göstəricilər isə aktual iPhone modellərində olan Lightning girişinin göstəriciləri ilə eynidir. iPhone 15 Pro və iPhone 15 Pro Max (və ya iPhone 15 Ultra) modellərinə gəldikdə isə onlar ya USB-C 3.2 ya da Thunderbolt 3 girişi ilə təchiz olunacaqlar. USB-C 3.2 halında məlumatların ötürülmə sürəti saniyədə 20 Gbit, Thunderbolt 3 halında isə saniyədə 40 Gbit təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
