
iPhone 15 smartfonlarında gözlənilən gövdə rəngləri sərgilənib
Phonearena saytı professional dizaynerlərlə əməkdaşlıq çərçivəsində iPhone 15 smartfon seriyasında gözlənilən gövdə rənglərini əks etdirən keyfiyyətli render fotolarını təqdim edib. Verilmiş məlumata əsasən iPhone 15 smartfon seriyası ümumilikdə 7 gövdə rəngini əldə edəcək və onlardan ikisi eksklüziv olaraq iPhone 15 Pro modelləri üçün mövcud olacaq. Klassik gövdə rənglərindən iPhone 15 seriyasında ağ, qara və qırmızı (Product Red) rənglər olacaq. Bununla yanaşı yeni gövdə rəngləri də reallaşdırılacaq. Söhbət, mavi, çəhrayı, qızılı və tünd-qırmızı rənglərdən gedir. Tünd-qırmızı gövdə rəngi ilə bağlı bir nüans var. Belə ki, insayderlərin bəzilərinin verdikləri məlumata əsasən Apple tünd-qırmızı gövdə rəngindən imtina edib. Qeyd etmək lazımdır ki, iPhone 15 seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər