main-post-cover

    iPhone 15 smartfonlarında hansı dəyişikliklər olacaq?

    Cihazlar+
    09.01.2023
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Foxconn şirkəti bu ilki iPhone 15 smartfonlarının dizaynlarını artıq təsdiqləyib. Bundan əlavə olaraq sözügedən smartfonlar barəsində bəzi məlumatlar da təqdim edilib. İlk öncə insayderlər bildiriblər ki, bu il Apple iPhone 15 Pro Max əvəzinə iPhone 15 Ultra-nı təqdim edəcək. Faktiki olaraq o həmin flaqman smartfon olaraq qalacaq. Sadəcə olaraq şirkət onun adını dəyişəcək. Bununla yanaşı insayderlər qeyd ediblər ki, bu il bütün iPhone 15 modelləri ekran üzərində Dynamic Island çıxıntısını əldə edəcəklər. Keçən il isə bu özəlliyi yalnız iPhone 14 Pro modelləri əldə etmişdilər.
        Məlumata əsasən adi iPhone 15 ilə iPhone 15 Pro 6.1 düym, iPhone 15 Plus ilə iPhone 15 Ultra isə 6.7 düym ekrana sahib olacaqlar. MacRumors saytının jurnalistlərinin sözlərinə əsasən iPhone 15 Pro modeli A17 Bionic prosessoru, USB Type-C girişi, 8 GB RAM və periskop teleobyektiv ilə təchiz olunacaq. USB Type-C girişini həmçinin adi iPhone 15 modeli də əldə edə bilər. Lakin bu halda onda böyük ehtimal ilə USB 2.0 standartı reallaşdırılacaq. Bundan əlavə olaraq iPhone 15 modellərindən biri fiziki düymələrdən məhrum olacaq. Çox güman ki, söhbət, iPhone 15 Ultra modelindən gedir. Onda fiziki düymələrin sensorlu analoqlar ilə əvəzlənməsi gözlənilir. iPhone 15 smartfon seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər