
iPhone 15 smartfonlarında satış qiyməti artımı məşhur insayder tərəfindən təsdiqlənib
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti iPhone 15 smartfonlarının satış qiymətlərini qaldıracaq. İndi isə Bloomberg saytının məşhur insayderi olan Mark Gurman bu məlumatı təsdiqləyib. İnsayderin sözlərinə əsasən iPhone 15 smartfonlarının potensial alıcıları onların həm ABŞ həm də qlobal bazarda satış qiymətlərinin yüksəlməsinə hazırlıqlı olmalıdırlar.
Bu ən çox iPhone 15 Pro və iPhone 15 Pro Max modellərini əhatə edəcək. Məlumatda qeyd edilib ki, iPhone 15 Pro modellərinin satış qiymətlərinin yüksəlməsinin əsas səbəbi onda olacaq ki, sözügedən modellər titan materialdan hazırlanmış gövdəyə və yaxşılaşdırılmış kameralara sahib olacaqlar. Hələ keçən həftə Barclays şirkətinin analitiki məlumat vermişdi ki, iPhone 15 smartfonlarının satış qiymətlərində 100-200$ artım olacaq.
Paylaş
Bənzər xəbərlər