Logo
    main-post-cover

    iPhone 15 smartfonlarının gövdə rəngləri məlum olub

    Cihazlar+
    29.08.2023
    Emil
        iPhone 15 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə iPhone 15 smartfonlarının hansı gövdə rənglərində satılacaqları barəsində məlumat təqdim edilib. Beləliklə verilmiş məlumata əsasən iPhone 15 ilə iPhone 15 Plus modelləri qara, ağ, sarı, mavi vəı narıncı rənglərdə satışa çıxacaqlar. Bununla yanaşı insayderlərdən biri qeyd edib ki, sözügedən modellərin gövdə rənglərinə həmçinin açıq yaşıl da əlavə ediləcək. iPhone 15 Pro ilə iPhone 15 Pro Max modellərinə gəldikdə isə məlumatda qeyd edilib ki, onlar tünd göy, gümüşü boz, qara və titan rənglərdə satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının sentyabr ayının ortasında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər