
iPhone 15 smartfonlarının qutularına yeni orijinallıq göstəriciləri əlavə edilir
Apple məhsullarının saxta versiyaları tez-tez satışa çıxırlar. Buna görə də şirkət iPhone 15 smartfon seriyasında cihazların orijinallıqlarını təsdiqləyən yeni üsuldan istifadə etməyə başlayıb. Məlumata əsasən Apple iPhone 15 smartfonlarının qutularına xüsusi etiketlər ilə QR kodları yerləşdirməyə başlayıb. Həmin xüsusi etiketlər ilə QR kodların əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar sadəcə ultrabənövşəyi işıq altında görünürlər.
Bunun sayəsində alıcılar və hətta şirkətin özü bu və ya digər iPhone 15 modelinin qutusunun orijinal olub-olmadığını təyin edə biləcəklər. Bəzi satıcılar işlənmiş və ya təmir olunmuş iPhone modellərini saxta qutulara yerləşdirərək onları yeni iPhone modelləri kimi təqdim edirlər. Məsələ burasındadır ki, həmin saxta qutular orijinal qutuların birəbir kopyaları olur. Bu səbəbdən də alıcılar qutunun daxilində yerləşən iPhone modelinin yeni və ya işlənmiş olduğunu ilk baxışdan təyin edə bilmirlər.
Paylaş
Bənzər xəbərlər