iPhone 15 Ultra-nın maketi sərgilənib (VİDEO)

iPhone 15 Ultra-nın maketi sərgilənib (VİDEO)

Mobil Cihazlar
08.05.2023 PAYLAŞIM

    Unbox Therapy adlı məşhur Youtube kanalının paylaşmış olduğu 20 dəqiqəlik videoda Apple şirkətinin növbəti flaqman iPhone modelinin maketi sərgilənib. Videonun başlığında isə “Bu, iPhone 15 Ultra-dır” yazılıb. Lakin bu iPhone modelinin nəticə etibarilə necə adlanacağını heç kim bilmir. Mümkün variantlar arasında iPhone 15 Ultra, iPhone 15 Ultra Max iPhone 15 Pro Max var. Unbox Therapy adlı Youtube kanalının müəllifi olan Lewis Hilsenteger videodakı maketin hardan əldə edildiyi barəsində məlumat verməyib. Lakin çox güman ki, maket smartfonlar üçün aksesuar istehsalı ilə məşğul olan şirkətlər vasitəsilə əldə edilib.


    O həmçinin bildirib ki, yaxın zamanda digər iPhone 15 modellərinin maketlərini də əldə edəcək. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 və iPhone 15 Plus istisna olmaqla digər iPhone 15 modellərində fiziki düymələri sensorlu analoqlar ilə əvəz edəcək. Lakin daha sonra məlumat ortaya çıxdı ki, şirkət bu ideyadan imtina edib. Təqdim edilmiş bu videodan da görmək olar ki, iPhone 15 Ultra-da fiziki düymələr olduğu kimi qalacaq. Bununla belə smartfonun səssiz rejimə keçməsi üçün nəzərdə tutulmuş düymə klikləmə mexanizminə sahib olacaq. Həmçinin görmək olar ki, smartfonda Lightning girişi əvəzinə USB Type-C reallaşdırılıb.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×