Logo
    main-post-cover

    iPhone 15 Ultra-nın satış qiyməti barəsində məlumat verilib

    Cihazlar+
    11.04.2023
    Emil
        Son zamanlar ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti bu il iPhone 15 smartfon seriyasında tamamilə yeni modeli təqdim edəcək və o, iPhone 15 Ultra adlanacaq. Onun ümumiyyətlə iPhone 15 Pro Max-ı da əvəz edəcəyi istisna deyil. Gözləntilərə əsasən iPhone 15 Ultra modeli olduqca baha qiymətə satılacaq. İndi isə My Drivers saytı smartfonun Çin bazarı üçün nəzərdə tutulmuş qiymətini açıqlayıb. Verilmiş məlumata əsasən iPhone 15 Ultra smartfonu Çində 20 000 yuana satılacaq.
        Bu isə təqribi olaraq 2900$ edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 Pro Max-ın Çin bazarında start qiyməti 1300$ təşkil edir. Burdan da belə qənaətə gəlmək olar ki, iPhone 15 Ultra 2 dəfə daha baha qiymətə satılacaq. Ola bilsin ki, söhbət, iPhone 15 Ultra-nın ən bahalı versiyasından gedir. Belə ki, Çində iPhone 14 Pro Max-ın ən bahalı versiyasının qiyməti 1960$ təşkil edir. Apple şirkətinin nəticədə iPhone 15 Ultra-nı təqdim edib-etməyəcəyi sentyabr ayında məlum olacaq.
    Paylaş
    Bənzər xəbərlər