Logo
    main-post-cover

    iPhone 15 Ultra smartfonu barəsində bir sıra məlumatlar verilib

    Cihazlar+
    14.11.2022
    Emil
        İnsayderlərdən biri gələn il təqdim ediləcək iPhone 15 Ultra smartfonu barəsində bəzi məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, son zamanlarda ortaya çıxan məlumatlara əsasən Apple şirkəti gələn il iPhone 15 Pro Max modelini iPhone 15 Ultra ilə əvəz edəcək. Beləliklə təqdim edilmiş yeni məlumata əsasən iPhone 15 Ultra modeli iPhone 14 Pro Max-dan fərqli olaraq istehsalat baxımından Apple şirkətinə daha baha başa gələcək. Bununla belə iPhone 15 Ultra hal hazırda aktual olan iPhone 14 Pro Max-dan fərqləndirici özəlliklərə sahib olacaq. Məlumatda iPhone 15 Ultra-nın nəyə görə daha baha başa gələcəyi qeyd edilməyib. Lakin daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, iPhone 15 Ultra modeli titan materialdan hazırlanmış gövdə ilə təchiz oluna bilər.
        Bunun olacağı halda smartfon daha premium görüntü əldə edəcək, zədələnmələrə daha dözümlü olacaq və digər iPhone modellərindən fərqli olaraq daha yüngül olacaq. Lakin bu cür smartfonun maya dəyəri daha yüksək olacaq. Bununla yanaşı titan materialdan hazırlanmış gövdəyə sahib iPhone-nun istehsalı da bir qədər çətin olacaq. Məlumata əsasən iPhone 15 Ultra indiyənə kimi rəsmi şəkildə satışa çıxmış iPhone-lar arasında ən baha qiymətə satılanı olacaq. Gözləntilərə əsasən Apple iPhone 15 seriyasında ilk dəfə olaraq USB Type-C girişini də reallaşdıracaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPhone 14 Pro Max-dan fərqli olaraq iPhone 15 Ultra daha böyük həcmli RAM yaddaşını əldə edəcək. Sözügedən smartfonun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər