
iPhone 15 və iPhone 15 Plus 48 MP-lik əsas arxa kamera ilə təchiz oluna bilərlər
Cihazlar+
08.11.2022
Emil
İnsayder və konsept rəssam kimi fəaliyyət göstərən Konstantin Milenin iPhone 15 ilə iPhone 15 Plus-da reallaşdırılacaq vacib yeniliyi əks etdirən təsviri təqdim edib. Təqdim edilmiş təsvirə əsasən sözügedən smartfonlar 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqlar və beləliklə iPhone 14 ilə iPhone 14 Plus-dan fərqlənəcəklər. Qeyd etmək lazımdır ki, daha öncə Konstantin Milenin yeni iPad modellərinin dizaynlarını dəqiq şəkildə proqnozlaşdırmışdı. Bundan əlavə olaraq Apple Hub resursunun vermiş olduğu məlumata əsasən gələn ilki iPhone 15 seriyasına 4 smartfon modeli daxil olacaq: iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Ultra.
_large.png)
Bu il iPhone 14 Plus modelinin satışlarının Apple şirkətini qane etməməsinə baxmayaraq gələn il iPhone 15 Plus təqdim olunacaq. Daha öncə iPhone mini modelindən imtina etmək üçün şirkət 2 il ərzində sözügedən modeli satışa çıxartmışdı. Apple Hub həmçinin qeyd edib ki, iPhone 15 və iPhone 15 Plus modelləri 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranla, iPhone 15 Pro və iPhone 15 Ultra modelləri isə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaqlar. Lakin iPhone 14 seriyasından fərqli olaraq iPhone 15 seriyasına daxil olacaq bütün smartfonlar ekran üzərində Dynamic Island çıxıntısını əldə edəcəklər.
_large.png)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
