iPhone 16 2025-ci ilin ən çox satılan smartfonu oldu
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple 2025-ci ilin ən çox satılan smartfonlar siyahısında üstünlüyü ələ alıb. Yeni açıqlanan məlumatlara əsasən, 2025-ci ildə dünyada ən çox satılan smartfon iPhone 16 olub. Ümumilikdə isə Apple ilk 10-luqda 7 model ilə təmsil olunub, qalan yerlər isə Samsung-a məxsusdur.
Bazar araşdırma şirkəti Counterpoint Research tərəfindən təqdim edilən siyahıya görə, Apple-ın 2024-cü il üçün nəzərdə tutulan baza modeli olan iPhone 16 alıcılar arasında ən populyar seçimə çevrilib. Siyahının ilk dörd pilləsini isə tamamilə Apple modelləri tutur. İkinci yerdə iPhone 16 Pro Max, üçüncü yerdə iPhone 16 Pro, dördüncü pillədə isə Apple-ın 2025-ci il flaqmanı iPhone 17 Pro Max qərarlaşıb. Apple xaricində ilk model isə beşinci yerdə olan Samsung Galaxy A16 5G olub.
2025-ci ilin ən çox satılan 10 smartfonu:
- Apple iPhone 16
- Apple iPhone 16 Pro Max
- Apple iPhone 16 Pro
- Apple iPhone 17 Pro Max
- Samsung Galaxy A16 5G
- Samsung Galaxy A06 5G
- Apple iPhone 17
- Apple iPhone 15
- Samsung Galaxy S25 Ultra
- Apple iPhone 16e
Paylaş