Logo
    main-post-cover

    iPhone 16-da Capture Button düyməsi nə üçün lazım olacaq?

    Cihazlar+
    08.02.2024
    Emil
         Hələ keçən il insayderlər xəbər vermişdilər ki, iPhone 16 smartfonlarında Capture Button adlı yeni fiziki düymə olacaq. İnsayderlərin fikirlərinə əsasən bu yeni fiziki düymə kamera tətbiqinin idarəsi üçün nəzərdə tutulub. Lakin Capture Button düyməsi başqa hansı əməliyyatları yerinə yetirə bilər və o nə üçün lazımdır? Verilmiş yeni məlumata əsasən Capture Button düyməsi bir neçə klikləmə səviyyəsini təyin edə biləcək. Düyməyə yüngül klikləmə kameranın fokusunu ayarlamağa, daha güclü klikləmə isə fotonun çəkilməsi və ya videonun çəkiliş prosesini işə salmağa imkan verəcək. Bu, faktiki olaraq professional kameralarda iki klikləmə səviyyəsinə sahib əsas çəkiliş düyməsinə bənzəyir. Məlumatda həmçinin qeyd edilib ki, iPhone 16 smartfonlarında bu düymə gövdənin sağ hissəsində yerləşəcək. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyası bu ilin sentyabr ayında təqdim olunmalıdır.
    Paylaş