iPhone 16-da yeni növ OLED ekrandan istifadə edilə bilər

iPhone 16-da yeni növ OLED ekrandan istifadə edilə bilər

Mobil Cihazlar
05.09.2023 PAYLAŞIM

    Apple pərəstişkarları gələn həftə baş tutacaq iPhone 15 təqdimatını səbrsizliklə gözlədikləri bir vaxtda Apple artıq iPhone 16-nın layihələşdirilməsinə start verib. Cənubi Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən şirkət hal hazırda LG Samsung tərəfindən təklif edilən yeni növ smartfon ekranını nəzərdən keçirir. Məlumatda qeyd edilib ki, sözügedən şirkətlər mikrolinz matrisası (MLA) texnologiyasının tətbiqi ilə yeni növ OLED ekran yaradıblar. İşığın bu texnologiya vasitəsilə fokuslanması hesabına ekran parlaqlığı daha öncəki ekranların enerji sərfiyyatları halında daha yüksək olur.

    Bununla belə ekranın yüksək parlaqlığına ehtiyac duyulmadığı hallarda ekran daha az enerji sərf edəcək. Lakin sözügedən texnologiyanın bəzi mənfi özəllikləri də var. Məsələn MLA texnologiyasının tətbiqi ekran parlaqlığını ona müəyyən bucaq altında baxış zamanı aşağı salır. Bununla yanaşı sözügedən texnologiyanın tətbiqi ilə hazırlanan OLED ekran daha baha başa gəlir. Məlumata əsasən Apple, LG və Samsung-dan MLA ekran nümunələrinin təqdim edilməsini  istəyib. Lakin nəticədə MLA texnologiyası əsasında hazırlanmış OLED ekranların iPhone 16 modellərində istifadə ediləcəyi dəqiq deyil.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×