
iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
Cihazlar+
24.09.2024
Emil
Apple şirkəti iPhone 16 smartfonlarını təqdim edərkən bu smartfonların tərkiblərində Camera Control adlı yeni fiziki düyməni də təqdim etdi. Təqdimat çərçivəsində şirkət bildirmişdi ki, sapfir örtük hesabına bu yeni fiziki düymə olduqca etibarlıdır. Lakin cihazların təmiri üzrə mütəxəssislər sözügedən yeni fiziki düymənin zədələnməsi halında onun təmiri ilə bağlı çətinliklərdən xəbər veriblər. iFixit mütəxəssislərinin fikirlərinə əsasən iPhone 16 smartfonlarında müəyyən komponentlərin əvəzlənməsi prosesi sadə olduğu halda Camera Control düyməsi təmir prosesini olduqca qəlizləşdirir.
Məlumatda qeyd edilib ki, sözügedən düymə gövdənin daxili hissəsində iki nöqtədə qaynaqlanıb və bundan əlavə olaraq o öz fərdi inteqral sxeminə sahibdir. Məlumata əsasən iki iPhone arasında komponentlərin əvəzlənməsi halında bütün gövdə iOS 18-in xidmət tarixçəsində ayrıca ehtiyat hissəsi kimi qeyd edilir. Apple şirkəti ayrıca Camera Control düyməsini istehsal etmir və buna görə də əgər bu düymə zədələnsə, onun əvəzlənməsi üçün smartfonun gövdəsi tamamilə əvəzlənməli olacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
