main-post-cover

    iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?

    Cihazlar+
    11.09.2024
    Farid Pardashunas

         Apple, iPhone 16 seriyasını təqdim etdikdən sonra bütün diqqətlər seriyanın əsas modeli olan iPhone 16-nın üzərinə çevrildi. Bəs kompakt modellər arasında ən yaxşı seçim hansıdır?

         2024-cü il etibarı ilə böyük ekranlı smartfonlar adi hal kimi qəbul edilsə də, hələ də yığcam və güclü cihazlara üstünlük verilir. Apple, Samsung Xiaomi bu seqmentdə bir-birinə olduqca yaxın 3 model təklif edir: iPhone 16, Galaxy S24Xiaomi 14. Bu məzmunda bu 3 flaqman telefonun ekran, performans və kamera kimi xüsusiyyətlərini müqayisə edəcəyik. Kiçik telefonlara üstünlük verənlər üçün ekran keyfiyyəti və performansı ən vacib meyarlardan biridir. Bu 3 cihaz, ölçülərinə baxmayaraq yüksək səviyyəli xüsusiyyətləri təklif etməklə fərqlənir. Beləliklə, iPhone 16, Galaxy S24 və Xiaomi 14 arasında əsas xüsusiyyətlərə görə, hansı model daha çox fərqlənir?
     

    Ekran və dizayn

         Kompakt telefonların ekran ölçüsü istifadəçilər üçün ən vacib seçim səbəblərindən biridir. iPhone 16, 6.1 düymlük OLED ekranla ən kiçik ekrana malikdir. Bununla belə, onun yalnız 60 Hz yeniləmə sürətinə malik olması onu digər modellərlə müqayisədə bir addım geridə qoyur. Galaxy S24, 6.2 düymlük LTPO AMOLED ekran təklif etsə də, 120 Hz yeniləmə sürəti ilə daha hamar bir təcrübə təqdim edir. Xiaomi 14, 6.36 düymlük ekranı ilə ən böyük modeldir və 120 Hz yeniləmə sürətinə əlavə olaraq 3000 nit parlaqlığı ilə seçilir. Hər 3 modelin ekranları yüksək keyfiyyətlidir, lakin Xiaomi ən parlaq ekranı ilə seçilir.
     

    Performans

         Performans baxımından Apple-ın A18 çipseti iPhone 16-da, Galaxy S24 və Xiaomi 14-də isə Snapdragon 8 Gen 3 prosessoru var. Ancaq Galaxy S24-ün bəzi bölgələrdə Exynos 2400 prosessoru ilə satılması Xiaomi-nin performans baxımından rəqibindən bir addım öndə olmasına səbəb olur. Gündəlik istifadə və oyun performansı baxımından hər 3 telefon kifayət qədər uğurludur. Yenə də Apple-ın öz çipseti sayəsində iPhone 16 uzun müddətdə daha sabit performans təklif edə bilər.
     

    Kamera xüsusiyyətləri

         Fotoqrafiya həvəskarları üçün kameralar ən vacib xüsusiyyətlərdən biridir. iPhone 16-nın 48 meqapiksellik əsas kamerası olduğu halda, Galaxy S24, üçlü kamera sırasında 50 meqapiksellik əsas sensor, 10 meqapiksellik telefoto 12 meqapiksellik ultra geniş bucaqlı kameralar təklif edir. Xiaomi 14, 50 meqapiksellik 3 kamera ilə rəqiblərini geridə qoyur. Hər 3 model keyfiyyətli fotoşəkillər təqdim etsə də, Xiaomi 14-ün kamera performansı ən çox çevikliyi təmin edən model kimi seçilir. Ancaq burada yalnız rəqəmləri nəzərə almaq hamımızı çaşdıra bilər. Bu səbəbdən qarşıdakı günlərdə tez-tez görəcəyimiz çəkiliş keyfiyyəti müqayisələri nəticələri daha yaxşı təhlil etməyimizə imkan verəcək.
     

    Batareya və doldurma xüsusiyyətləri

         Batareyanın tutumu və doldurma sürəti də istifadəçilər üçün vacib meyarlardan biridir. Xiaomi 14, 4610 mAh batareyası ilə ən böyük tutuma sahib model olaraq diqqəti çəkir. Onu da qeyd etməliyik ki, bu, 90W sürətli şarj dəstəyi ilə ən sürətli enerji yığan telefondur. Galaxy S24 və iPhone 16, şarj sürətinə və batareya tutumuna görə Xiaomi-dən geridə qalır. Xiaomi-nin sürətli şarj və simsiz enerji doldurma dəstəyi intensiv istifadədə istifadəçilərinə böyük üstünlük təqdim edir.
     

    Yekun nəticə

         iPhone 16, Galaxy S24 və Xiaomi 14 yığcam ölçülərinə baxmayaraq, yüksək səviyyəli funksiyalar təklif edən cihazlardır. Əgər siz Apple ekosistemindəsinizsə, iPhone 16 sizin üçün ən yaxşı seçim ola bilər. Bununla belə, qiymət-performans nisbətinə görə Xiaomi 14 rəqiblərini üstələyir. Nəticədə, Xiaomi 14 kompakt telefon axtaranlar üçün ən cəlbedici variantlardan biri olsa da, Samsung Galaxy S24 daha güclü marka istəyən, lakin Android-dən imtina etməyənlər üçün bir seçim kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra 33 saat çalışa bilir
    iphone-16-pro-max-bir-defe-sarj-olunandan-sonra-33-saat-calisa-bilir
    Redmi Note 14 seriyası barəsində bir rəsmi məlumat verilib
    redmi-note-14-seriyasi-baresinde-bir-resmi-melumat-verilib
    iPhone 16 və iPhone 16 Plus-ın sahib olduqları A18 prosessoru Geekbench testlərindən keçib
    iphone-16-ve-iphone-16-plus-in-sahib-olduqlari-a18-prosessoru-geekbench-testlerinden-kecib
    Apple öz saytında bəzi iPhone-ların satışlarını dayandırıb
    apple-oz-saytinda-bezi-iphone-larin-satislarini-dayandirib
    Qlobal bazarda Xiaomi MiniLED G Pro 27i gaming monitoru təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-xiaomi-miniled-g-pro-27i-gaming-monitoru-teqdim-edilib-qiymeti