
iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?
Cihazlar+
26.09.2023
Emil Nəcəfov
iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone 16 barəsində məlumat verməyə başlayıblar. Onların sözlərinə əsasən adi iPhone 16 modeli hal hazırda iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro prosessorunu əldə etməyəcək. Məlumatda qeyd edilib ki, Apple iPhone 16 və iPhone 16 Plus üçün ayrı prosessor hazırlayacaq.
Prosessor barəsində hələ dəqiq məlumat olmasa da, güman edilir ki, iPhone 16 və iPhone 16 Plus üçün nəzərdə tutulacaq prosessor TSMC şirkətinin N3E adlı ucuz 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu isə o deməkdir ki, prosessorda tranzistorların sayı az, enerji effektivliyi isə daha zəif olacaq. Çox güman ki, iPhone 16 və iPhone 16 Plus modellərinin əldə edəcəkləri prosessor A17 Bionic adlanacaq.
Linki kopyala
Həftənin xəbərləri

