Logo
    main-post-cover

    iPhone 16 ilə iPhone 16 Plus üçün nəzərdə tutulmuş keyslərin fotosu ortaya çıxıb

    Cihazlar+
    29.03.2024
    Emil
         Apple bu il iPhone 16 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi iPhone 16 ilə yanaşı iPhone 16 Plus da daxil olacaq. İndi isə adi iPhone 16 ilə iPhone 16 Plus üçün nəzərdə tutulmuş keyslərin əks olunduqları foto ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, iPhone 16 və iPhone 16 Plus-ın arxa panelində oval formalı kamera sahəsi yerləşəcək. Bu isə o deməkdir ki, bu smartfonların arxa panellərində kamera obyektivləri şaquli şəkildə yerləşəcəklər. Məlumata əsasən bu keyslər iPhone 16 ilə iPhone 16 Plus-ın final dizaynlarını əks etdirmir və şirkət smartfonların dizaynlarında hələ bəzi dəyişiklikləri reallaşdıra bilər. iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş