main-post-cover

    iPhone 16-lar üçün ekran panellərinin istehsalına start verilib

    Cihazlar+
    09.08.2024
    Emil Nəcəfov
         Apple şirkətinin iPhone 16 smartfonlarını artıq gələn ay təqdim edəcəyi təsdiqlənib. Məsələ burasındadır ki, SamsungLG şirkətləri iPhone 16 modelləri üçün nəzərdə tutulmuş ekran panellərinin istehsalına artıq start veriblər. Bu isə ən azından iPhone 16-ların təqdimatlarında bir gecikmənin olmayacağını sübut edir. Məlumatda qeyd edilib ki, Apple şirkəti Samsung-a 80 milyon ədəd ekran panelinin istehsalı, LG-yə isə 43 milyon ədəd ekran panelinin istehsalı sifarişini verib. Daha öncə proqnozlaşdırılırdı ki, Apple il ərzində 90 milyon ədəd yeni iPhone istehsal edəcək. Samsung və LG-yə sifariş verilmiş ekran panellərinin ümumi saylarını nəzərə alsaq, bu, il ərzində 90 milyondan çox yeni iPhone-nun sifarişi deməkdir. Bu öz növbəsində iPhone 16 modellərinə tələbatın çox olacağının gözlənildiyini əks etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Intelligence funksiyalarından istifadə aylıq hansı qiymətə başa gələcək?
    apple-intelligence-funksiyalarindan-istifade-ayliq-hansi-qiymete-basa-gelecek
    Apple A18 Pro prosessorunun yeni Geekbench test nəticələri açıqlanıb
    apple-a18-pro-prosessorunun-yeni-geekbench-test-neticeleri-aciqlanib
    M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air barəsində məlumatlar verilib
    m4-prosessoru-vasitesile-calisacaq-macbook-air-baresinde-melumatlar-verilib
    Apple, yeni reklam çarxını silərək üzr istəyib!
    apple-yeni-reklam-carxini-silerek-uzr-isteyib
    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-modellerinin-batareya-hecmleri-aciqlanib