main-post-cover

    iPhone 16-ların kamera imkanları və özəllikləri ortaya çıxıblar

    Cihazlar+
    23.08.2024
    Emil Nəcəfov
         Apple şirkətinin gələn ay təqdim edəcəyi iPhone 16 smartfonlarının kamera özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən adi iPhone 16 və iPhone 16 Plus modelləri 48 MP-lik əsas arxa kameranı və sürətli f/2.2 diafraqmalı ultra geniş bucaqlı kameranı əldə edəcəklər. Bununla yanaşı bu modellərin əldə edəcəkləri ultra geniş bucaqlı kamera makro çəkiliş imkanına sahib olacaq.
          iPhone 16 Pro modellərinə gəldikdə isə onlar 48 MP-lik əsas arxa kameranı, 48 MP-lik ultra geniş bucaqlı kameranı və 5 qat zoom özəllikli telekameranı əldə edəcəklər. Məlumatda qeyd edilib ki, iPhone 16 Pro modellərində olacaq ultra geniş bucaqlı obyektiv ProRaw formatında çəkilişlər edə biləcək. Bununla yanaşı iPhone 16 Pro modelləri Dolby Vision formatında 120 kadr sürətlə 3K keyfiyyətli videolar çəkə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
    apple-airtag-kargo-ogrularinin-yaxalanmasina-komek-edib
    Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
    qatlana-bilen-apple-macbook-un-istehsalina-daha-gec-start-verilecek
    Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
    yazdiginiz-zaman-iphone-un-cokmesine-sebeb-olan-4-kombinasiyali-xeta-ortaya-cixib
    Bütün iPhone 16-ların əsas texniki imkanları ortaya çıxıblar
    butun-iphone-16-larin-esas-texniki-imkanlari-ortaya-cixiblar
    Sızdırılan iPhone 16 təqdimat afişasının saxta olduğu ortaya çıxıb!
    sizdirilan-iphone-16-teqdimat-afisasinin-saxta-oldugu-ortaya-cixib