
iPhone 16-nın 3D render fotosu təqdim edilib
İnsayderlər olmuş məlumat sızıntıları əsasında iPhone 16-nın yaradılmış 3D render fotosunu təqdim ediblər. Təqdim edilmiş 3D render fotodan da görmək olar ki, iPhone 16-nın arxa panelində şaquli şəkildə yerləşdirilmiş kamera sahəsi ola bilər. Bununla yanaşı iPhone 16-da səssiz rejimə keçid üçün nəzərdə tutulmuş düymə iPhone 15 Pro modellərində olan Action Button düyməsi ilə əvəzlənə bilər. iPhone 16-nın nəticə etibarilə məhz bu cür dizaynı əldə edib-etməyəcəyi təqdimat zamanı bilinəcək. iPhone 16 smartfon seriyasının təqdimatı isə bu ilin sentyabr ayına gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar