Logo
    main-post-cover

    iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq

    Cihazlar+
    10.06.2024
    Emil
        İnternetdə maraqlı bir video ortaya çıxıb və ortaya çıxmış videonun müəllifinin sözlərinə əsasən videoda iPhone 16-nın batareyasının açılışı əks olunub. Videodan əldə edilmiş screenshot fotolara əsasən batareya son illərdə iPhone batareyaları üçün xarakterik olan L hərfi formasında hazırlanıb. Lakin diqqət çəkən əsas məsələ batareyanın üç laylı örtüyə sahib olmasıdır. İnsayderlərin vermiş olduqları məlumata əsasən iPhone 16 smartfonlarının batareyaları xarici tərəfdən metal örtüyə, metal örtüyün alt hissəsində mis örtüyünə, mis örtüyünün alt hissəsində isə qrafit örtüyünə sahib olacaq.
         Çox güman ki, bu cür konstruksiya iki məsələnin həlli üçün nəzərdə tutulub. Batareyanın zədələnmələrdən qorunması və onun qızması halında istiliyin daha effektiv şəkildə aradan qaldırılması. Məlumata əsasən Apple bu cür addımı istifadəçilərin keçən ilki iPhone 15 smartfonlarının yüksək temperatura kimi qızmalarından şikayətçi olmaları səbəbilə atmış ola bilər. Keçən ilki iPhone 15 smartfonlarında qızma problemi proqram təminatı səviyyəsində qismən aradan qaldırılsa da, görünür, şirkət növbəti iPhone modellərində bu problemi öncədən aparat təminatı səviyyəsində aradan qaldırmaq niyyətindədir.
    Paylaş