main-post-cover

    iPhone 16-nın çertjoy və render fotoları ortaya çıxıblar

    Cihazlar+
    06.02.2024
    Emil Nəcəfov
         Hələ təqdim olunmamış iPhone 16-nın qeyri-rəsmi çertyoj fotoları və onların əsasında hazırlanmış render fotoları internetdə ortaya çıxıblar. Ortaya çıxmış fotolara inansaq, Apple bu il adi iPhone 16 modelinin arxa kameralarının yerləşmə vəziyyətini yenidən dəyişəcək. Fotolara əsasən iPhone 16-nı iPhone 15-dən fərqləndirəcək əsas dizayn dəyişikliyi arxa kameraların şaquli vəziyyətdə yerləşmələri olacaq. Bununla yanaşı kameraların yerləşəcəkləri oval formalı sahənin sol hissəsi axıcı şəkildə smartfonun kənar hissəsi ilə birləşəcək. Bunun sayəsində smartfon bir növ iPhone 11-i xatırladacaq. Qeyd etmək lazımdır ki, iPhone 16-nın sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AnTuTu bu ilin yanvar ayında istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının reytinqini təqdim edib
    antutu-bu-ilin-yanvar-ayinda-istifadecilerin-en-cox-razi-qalmis-olduqlari-apple-cihazlarinin-reytinqini-teqdim-edib
    Tim Cook bu il iOS-də süni zəka funksiyalarının olacağını təsdiqləyib
    tim-cook-bu-il-ios-de-suni-zeka-funksiyalarinin-olacagini-tesdiqleyib
    Apple Vision Pro ilk dözümlülük testlərindən keçib (VİDEO)
    apple-vision-pro-ilk-dozumluluk-testlerinden-kecib-video
    Mütəxəssislər Apple Vision Pro-nu hissələrə ayırıblar (VİDEO)
    mutexessisler-apple-vision-pro-nu-hisselere-ayiriblar-video
    Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb
    apple-dvd-rom-lu-macbook-pro-nun-desteyini-resmi-sekilde-dayandirib