main-post-cover

    iPhone 16-nın ən ucuz və ən bahalı satılacağı ölkələr hansılardır?

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         Bu həftənin əvvəlində təqdim edilmiş iPhone 16 smartfonunun satışlarına 20 sentyabr tarixində start veriləcək. Lakin artıq indidən bu smartfonun müxtəlif ölkələrdə hansı qiymətə satılacağı məlumdur. Android Authority saytı öz növbəsində Apple saytı vasitəsilə yeni iPhone-nun müxtəlif ölkələrdəki qiymətlərini analiz edərək onun hansı ölkədə ən baha, hansı ölkədə isə ən ucuz qiymətə satılacağını təyin edib. Beləliklə məlum olub ki, iPhone 16-nı ən ucuz ABŞ-da əldə etmək olar. Belə ki, bu mövzuda vergiyə sahib olmayan bəzi ştatlarda iPhone 16-nın qiyməti 799$-dan start götürür.
         Lakin verginin hesaba alındığı ölkələr arasında iPhone 16-nın ən ucuz qiymətə əldə edilməsi mümkün ölkə Çindir. Belə ki, orda smartfonun qiyməti 842$-dan start götürür. Sözügedən reytinqin üçüncü pilləsində Yaponiya qərarlaşıb. Orda smartfonun qiyməti 877$-dan start götürür. ABŞ-ın, verginin hesaba alındığı ştatlarda iPhone 16-nın qiyməti 879$-dan başlayır. iPhone 16-nın baha qiymətə satıldığı ölkələrə gəldikdə isə, məsələn Polşada onun qiyməti 1030$-dan, Böyük Britaniyada 1045$-dan, Almaniyada 1046$-dan, Fransada 1069$-dan, İsveçdə isə 1106$-dan start götürür. iPhone 16-nın ən yüksək satış qiymətləri Braziliya və Türkiyədədir. Belə ki, Braziliyada smartfonun qiyməti 1379$-dan, Türkiyədə isə 1909$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün iPhone 16 modelləri 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər
    butun-iphone-16-modelleri-45-vatt-gucunde-suretli-sarj-texnologiyasini-destekleyirler
    Apple Intelligence tərəfindən hazırlanan ilk görüntü ortaya çıxıb!
    apple-intelligence-terefinden-hazirlanan-ilk-goruntu-ortaya-cixib
    iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
    iphone-16-nin-kamera-duymesi-android-lere-gelir
    iPhone 16 Pro smartfonu Geekbench testlərindən keçib
    iphone-16-pro-smartfonu-geekbench-testlerinden-kecib
    iPhone 16-dakı kamera idarəsi düyməsi Android smartfonlarda da olacaq
    iphone-16-daki-kamera-idaresi-duymesi-android-smartfonlarda-da-olacaq