
iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
Cihazlar+
12.09.2024
Aslan
Apple-ın iPhone 16 seriyası ilə fiziki kamera düyməsini geri qaytarması, Android markaları arasında da rezonans doğurub. Çindən gələn son hesabatlara görə, Nubia və OPPO kimi bəzi markalar, yeni flaqman modellərində oxşar xüsusiyyət təqdim edəcəklər.
Məlumatlara görə, Nubia Z70 Ultra "olduqca faydalı" fiziki kamera düyməsi ilə gələcək. Nubia meneceri Ni Fei-nin açıqlamalarına görə, bu düymə, iPhone-da olduğu kimi iki mərhələdə işləyəcək. Yarım basdıqda fokuslanacaq, tam basıldıqda isə foto və ya video çəkəcək. OPPO Find X8 Pro və Ultra modellərinin də “Quick Button” adlı funksiyanı təqdim edəcəyi bildirilib. OPPO cihazları üçün təfərrüatlar hələ də bəlli olmasa da, ola bilər ki, bu düymə, iPhone 16-da olduğu kimi yarı basmaqla fokuslanma və sürüşdürərək böyütmə kimi idarəetmə funksiyaları təqdim edəcək.

Find X8 seriyasının da 10x periskop telefoto kamera ilə gəlməsi gözlənilir. Fiziki kamera düyməsi periskop telefoto sensorundan daha səmərəli istifadəyə yol aça bilər. Bu inkişaflar onu göstərir ki, Android dünyasında yeni bir kamera trendi başlaya bilər. Bilməyənlər üçün isə qeyd edək ki, iPhone 16 ailəsində yeni "Capture" düyməsi var. Telefonun sağ tərəfindəki bu düymə, foto və video çəkməyi asanlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
