Logo
    main-post-cover

    iPhone 16-nın mümkün təqdimat tarixi açıqlanıb

    Cihazlar+
    19.08.2024
    Emil
         Apple artıq gələn ay iPhone 16 smartfon seriyasını təqdim edəcək. Bu smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində iPhone 16-nın mümkün təqdimat tarixini açıqlayıb. İnsayderin sözlərinə əsasən iPhone 16 smartfonlarının təqdimatlarını keçən ilki iPhone 15 smartfonlarının təqdim olunduqları müddətdə gözləmək olar.
        Qeyd etmək lazımdır ki, Apple öz yeni iPhone modellərini adətən sentyabr ayının ortasına yaxın müddətdə təqdim edir. Belə ki, keçən il iPhone 15 smartfonları 12 sentyabr (çərşənbə axşamı) tarixində təqdim etmişdi. Beləliklə bu il iPhone 16-ların 10 sentyabr (çərşənbə axşamı) tarixində təqdim olunacaqlarını gözləmək olar. Bu ilki iPhone seriyasına da 4 model daxil olmalıdır. iPhone 16, iPhone 16 Plus, iPhone 16 ProiPhone 16 Pro Max.
    Paylaş