main-post-cover

    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb

    Cihazlar+
    05.08.2024
    Emil Nəcəfov
         Apple şirkəti hər il öz yeni iPhone modellərini sentyabr ayında təqdim edir. Bu il də istisna olmamalıdır. İndi isə iPhone 16 smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti iPhone 16 smartfon seriyasını 10 sentyabr tarixində təqdim edəcək. Gözləntilərə əsasən iPhone 16 smartfonları 20 sentyabr tarixində satışa çıxacaqlar.
         Qeyd etmək lazımdır ki, bu il təqdim ediləcək iPhone 16 smartfonlarının hamısında ekran ölçüsünün böyüməsi gözlənilir. Bundan əlavə olaraq çox güman ki, iPhone 16 Pro iPhone 16 Pro Max modelləri TSMC şirkətinin ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış A18 Pro prosessoru vasitəsilə çalışacaqlar. Adi iPhone 16 və iPhone 16 Plus modellerinə gəldikdə isə onlar ya keçən ilki prosessoru ya da A18 Pro-nun daha sadələşdirilmiş versiyası vasitəsilə çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
    apple-vision-pro-yeni-nov-ekranlari-elde-ede-biler
    Apple-1 kompüterinin fotoları kompüterin özündən daha baha qiymətə satışa çıxarılıb
    apple-1-komputerinin-fotolari-komputerin-ozunden-daha-baha-qiymete-satisa-cixarilib
    Növbəti iPhone SE üçün OLED ekranlar iki şirkət tərəfindən istehsal ediləcək
    novbeti-iphone-se-ucun-oled-ekranlar-iki-sirket-terefinden-istehsal-edilecek
    iPhone 16 seriyasının maket şəkilləri ortaya çıxıb!
    iphone-16-seriyasinin-maket-sekilleri-ortaya-cixib
    Apple Vision Pro-nu beyin implantı vasitəsilə beyinə qoşmaq mümkün olub (VİDEO)
    apple-vision-pro-nu-beyin-implanti-vasitesile-beyine-qosmaq-mumkun-olub-video