
iPhone 16-nın növbəti yeni fotoları təqdim edilib
Cihazlar+
15.08.2024
Emil
iPhone 16 smartfon seriyasının gələn aykı təqdimatı yaxınlaşdıqca onun barəsində məlumatlar daha çox ortaya çıxmağa başlayıb. Bu dəfə insayderlər adi iPhone 16-nın yeni maket fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda smartfonun arxa paneli əks olunub. Daha öncə ortaya çıxmış fotolarda olduğu kimi yeni fotolarda da smartfonun arxa panelindəki kameralar şaquli vəziyyətdə yerləşirlər. Bununla yanaşı görmək olar ki, LED işqılandırma kamera sahəsinin daxilindən ayrılıb. Bu isə öz növbəsində kamera sahəsinin diametrini artırmaq ehtiyacını aradan qaldırıb. Bundan əlavə olaraq adi iPhone 16 hal-hazırda yalnız iPhone Pro modellərində olan Action button düyməsini əldə etməlidir.


Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
