main-post-cover

    iPhone 16-nın prototiplərinin fotoları təqdim edilib

    Cihazlar+
    13.12.2023
    Emil Nəcəfov
         Macrumors saytı öz mənbələrinə istinadən iPhone 16 smartfonunun 3 prototipinin fotolarını təqdim edib. Məlumata əsasən Apple hal hazırda iPhone 16-nın final dizaynını bu 3 prototip arasından seçmə mərhələsindədir. Məlumatda həmçinin qeyd edilib ki, bu prototipləri sadəcə müddətli dizayn seçimi kimi qiymətləndirmək lazımdır və nəticədə smartfonun final görünüşü tamamilə fərqli ola bilər. Sarı gövdə rəngində əks olunmuş prototip ilk prototip hesab olunur.
         Fotolardan da görmək olar ki, sözügedən prototipdə səsin tənzimlənməsi düymələri ayrı-ayrı deyil, bir xət üzərində yerləşiblər. Bununla yanaşı onun arxa kamera dizaynı iPhone X-in arxa kamera dizaynı tərzində hazırlanıb. Çəhrayı gövdə rəngində əks olunmuş prototipdə isə səsin tənzimlənməsi düymələri ayrı-ayrı yerləşiblər və onun arxa kamera dizaynı iPhone 12-nin arxa kamera dizaynına bənzəyir. Məlumata əsasən qara gövdə rəngində əks olunmuş prototip iPhone 16-nın final dizaynına ən yaxın olanıdır. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyası gələn ilin sentyabr ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 və Galaxy S24 smartfonlarının RAM yaddaşlarında artım olmayacaq
    iphone-16-ve-galaxy-s24-smartfonlarinin-ram-yaddaslarinda-artim-olmayacaq
    Apple aksesuarlar;nda Lightning girişi USB-C ilə nə zaman əvəzlənəcək
    apple-aksesuarlarnda-lightning-girisi-usb-c-ile-ne-zaman-evezlenecek
    iOS-dəki xüsusi bloklama funksiyasını hələ heç kim hack edə bilməyib
    ios-deki-xususi-bloklama-funksiyasini-hele-hec-kim-hack-ede-bilmeyib
    Apple Watch üçün nəzərdə tutulmuş kiçik ölçülü fənər patentləşdirilib
    apple-watch-ucun-nezerde-tutulmus-kicik-olculu-fener-patentlesdirilib
    iPhone 16-da tamamilə yeni mikrofon istifadə ediləcək
    iphone-16-da-tamamile-yeni-mikrofon-istifade-edilecek