Logo
    main-post-cover

    iPhone 16-nın render fotoları hazırlanıb

    Cihazlar+
    09.04.2024
    Farid
         İnternetdə iPhone 16-nın render fotoları təqdim edilib. Təqdim edilmiş render fotolar iPhone 16-nın bir neçə müddət bundan öncə ortaya çıxmış maket fotoları əsasında hazırlanıb. Fotolarda əks olunmuş iPhone 16 modeli özündə nazik ekran ətrafı çərçivəni və Dynamic Island çıxıntısını birləşdirir. Onun arxa panelində isə iPhone 11-dən bizlərə yaxşı tanış olan dizayna sahib kamera sahəsi yerləşir. Render fotolarda diqqəti çəkən digər bir özəllik isə kamera üçün nəzərdə tutulmuş yeni fiziki düymədir. iPhone 16-nın nəticə etibarilə məhz bu cür xarici görünüşə sahib olub-olmayacağı hələ bilinmir. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş