main-post-cover

    iPhone 16-nın təqdimat tarixi məşhur insayder tərəfindən təsdiqlənib

    Cihazlar+
    26.08.2024
    Emil Nəcəfov
         Apple şirkəti iPhone 16 smartfon seriyasının təqdimatını hələ rəsmi şəkildə anons etməyib. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin planları ilə yaxından tanış olan mənbələrinə istinadən bu mövzu barəsində bütün ətraflı məlumatı bölüşüb. Onun sözlərinə əsasən iPhone 16 smartfon seriyasının təqdimatı 10 sentyabr tarixində baş tutacaq. İnsayder bildirib ki, yeni smartfonların satışlarına 20 sentyabr tarixində start veriləcək.
          Bu cür qrafiki nəzərə alaraq güman etmək olar ki, iOS 18 əməliyyat sistemi smartfonların satışa çıxmalarından bir neçə gün öncə istifadəyə veriləcək. Gözləntilərə əsasən Apple iPhone 16 smartfon seriyasının təqdimatını rəsmi şəkildə artıq bu həftə anons edəcək. Qeyd etmək lazımdır ki, gələn ay baş tutacaq təqdimat tədbiri çərçivəsində iPhone 16 smartfonları ilə yanaşı AirPods 4 naqilsiz qulaqlığı və yeni Apple Watch smart saatları təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-ların kamera imkanları və özəllikləri ortaya çıxıblar
    iphone-16-larin-kamera-imkanlari-ve-ozellikleri-ortaya-cixiblar
    Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
    apple-airtag-kargo-ogrularinin-yaxalanmasina-komek-edib
    Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
    qatlana-bilen-apple-macbook-un-istehsalina-daha-gec-start-verilecek
    Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
    yazdiginiz-zaman-iphone-un-cokmesine-sebeb-olan-4-kombinasiyali-xeta-ortaya-cixib
    Bütün iPhone 16-ların əsas texniki imkanları ortaya çıxıblar
    butun-iphone-16-larin-esas-texniki-imkanlari-ortaya-cixiblar