main-post-cover

    iPhone 16-nın təqdimat tarixi təsdiqlənib

    Cihazlar+
    20.08.2024
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur insayderi Mark Gurman dünən iPhone 16 smartfon seriyasının mümkün təqdimat tarixini açıqladı. Onun açıqlamasından belə qənaətə gəlmək olar ki, iPhone 16 smartfon seriyası 10 sentyabr tarixində təqdim ediləcək. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər. Belə ki, onlar iPhone 16 smartfon seriyasının təqdimatı üçün nəzərdə tutulmuş dəvət posterini paylaşıblar. Dəvət posterində məhz 10 sentyabr tarixi qeyd edilib.
         Bu isə bir daha onu sübut edir ki, iPhone 16 smartfonları həqiqətən də 10 sentyabr tarixində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən seriyaya ənənə üzrə 4 model daxil olacaq. iPhone 16, iPhone 16 Plus, iPhone 16 ProiPhone 16 Pro Max. Mark Gurman-ın son məlumatına əsasən gələn ay Apple şirkəti iPhone 16 smartfonları ilə yanaşı AirPods 4 naqilsiz qulaqlığını da təqdim edəcək. Bununla yanaşı onun sözlərinə əsasən şirkət AirPods 4-ü iki versiyada təqdim edəcək. Çox güman ki, onlardan biri büdcəli qulaqlıqlar kateqoriyasına daxil olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro və iPhone SE 4-ün təqdimat səhifəsindəki görüntüləri ortaya çıxıb!
    iphone-16-pro-ve-iphone-se-4-un-teqtimat-sehifesindeki-goruntuleri-ortaya-cixib
    Apple gələn ay 2 versiyada AirPods 4-ü təqdim edə bilər
    apple-gelen-ay-2-versiyada-airpods-4-u-teqdim-ede-biler
    iPhone 16-nın mümkün təqdimat tarixi açıqlanıb
    iphone-16-nin-mumkun-teqdimat-tarixi-aciqlanib
    iPhone 15, iPhone tarixindəki ən sürətli köhnələn model olub!
    iphone-15-iphone-tarixindeki-en-suretli-kohnelen-model-olub
    iPhone 16-nın növbəti yeni fotoları təqdim edilib
    iphone-16-nin-novbeti-yeni-fotolari-teqdim-edilib