
iPhone 16-nın təqdimatı rəsmi şəkildə elan edilib
Cihazlar+
27.08.2024
Emil
Apple şirkəti növbəti təqdimat tədbirini rəsmi şəkildə anons edib. Söhbət, iPhone 16 smartfon seriyasının təqdim olunacağı təqdimat tədbirindən gedir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş təqdimat posterinə əsasən iPhone 16 smartfon seriyası 9 sentyabr tarixində baş tutacaq. Son illərdə olduğu kimi bu dəfə də təqdimat online formatda baş tutacaq. Qeyd etmək lazımdır ki, baş tutacaq təqdimat tədbiri çərçivəsində iPhone 16 smartfonlarından əlavə olaraq Apple Watch Series 10, Apple Watch Ultra 3, Apple Watch SE 3 smart saatlarının və AirPods 4 naqilsiz qulaqlığının təqdim olunacağı da gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
