main-post-cover

    iPhone 16 Pro bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edə bilər

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Apple şirkətinin bu ilin sentyabr ayında təqdim edəcəyi gözlənilən iPhone 16 smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə Ice Universe ləqəbli məşhur insayder iPhone 16 Pro barəsində yeni məlumatı təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən iPhone 16 Pro smartfonu bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edəcək. Məlumatda qeyd edilib ki, iPhone 16 Pro-nun ekran ətrafı çərçivəsi Galaxy S24-ün ekran ətrafı çərçivəsindən də nazik olacaq.
         İnsayder öz məlumatında iPhone 16 Pro-nun ekran ətrafı çərçivəsinin hansı qalınlıqda olacağını qeyd etməyib. Lakin güman etmək olar ki, söhbət, 1.5 mm-dən daha nazik ekran ətrafı çərçivədən gedir. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən iPhone 16 Pro modellərində ekran ölçüsünün böyüməsi baş tutacaq. Belə ki, iPhone 16 Pro modelinin ekran ölçüsü 6.1 düym-dən 6.3 düym-ə, iPhone 16 Pro Max modelinin ekran ölçüsü isə 6.7 düym-dən 6.9 düym-ə böyüməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple WWDC 2024 çərçivəsində yeni cihazlar təqdim etməyəcək
    apple-wwdc-2024-cercivesinde-yeni-cihazlar-teqdim-etmeyecek
    iPhone 5s Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib
    iphone-5s-apple-sirketinin-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Apple Siri tətbiqlərdəki funksiyaları idarə edə biləcək
    apple-siri-tetbiqlerdeki-tetbiqlerdeki-funksiyalari-idare-ede-bilecek
    iOS 18-in süni intellekt xüsusiyyətləri yeni iPhone-lar üçün eksklüziv ola bilər!
    ios-18-in-suni-intellekt-xususiyyetleri-yeni-iphone-lar-ucun-ekskluziv-ola-biler
    OLED ekranlı MacBook Pro-nun nə zaman satışa çıxacağı açıqlanıb
    oled-ekranli-macbook-pro-nun-ne-zaman-satisa-cixacagi-aciqlanib