
iPhone 16 Pro-da minimal daxili yaddaş həcmi 128 GB olmayacaq
Cihazlar+
17.04.2024
Farid
Bu ilin sentyabr ayında Apple şirkəti iPhone 16 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya ənənə üzrə iPhone 16 Pro modeli daxil olacaq. İndiyənə kimi Apple iPhone Pro modeli arasında minimal daxili yaddaş həcmini 128 GB təyin edirdi. Lakin bu il vəziyyət dəyişə bilər. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən iPhone 16 Pro modelinin minimal daxili yaddaş həcmi 256 GB-dan başlayacaq. Beləliklə Apple bu il iPhone Pro modelində 128 GB-lıq minimal daxili yaddaş həcmindən imtina etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, bu öz növbəsində iPhone 16 Pro modellərinin satış qiymətlərində artıma səbəb ola bilər. Keçən il iPhone 15 Pro Max-da minimal daxili yaddaş həcminin 256 GB təyin edilməsi onun satış qiymətini 100$ qaldırmışdı. Bu il də eyni hal yaşana bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
