Logo
    main-post-cover

    iPhone 16 Pro ilə iPhone 16 Pro Max-da daha böyük ölçülü ekranların olacağı məşhur insayder tərəfindən təsdiqlənib

    Cihazlar+
    30.05.2023
    Emil
        Son zamanlar ortaya çıxmış məlumatlara əsasən gələn ilki iPhone modelləri daha böyük ölçülü ekranlarla təchiz olunacaqlar. Bloomberg saytının məşhur insayderi Mark Gurman bu məlumatı təsdiqləyib və qeyd edib ki, söhbət, yalnız iPhone 16 Pro iPhone 16 Pro Max modellərindən gedir. iPhone 16 ilə iPhone 16 Plus modellərinin hal hazırda aktual olan iPhone 14 ilə iPhone 14 Plus-dakı ekran ölçülərini əldə edəcəkləri gözlənilir.
        Güman olunur ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda satılan iPhone 14 Pro modeli 6.1 düym, iPhone 14 Pro Max modeli isə 6.7 düym ekranla təchiz olunur. Gurman-ın sözlərinə əsasən daha böyük ölçülü ekranlar vasitəsilə iPhone 16 Pro ilə iPhone 16 Pro Max böyük ölçülü ekranlara sahib Android smartfonlarla daha yaxşı şəkildə rəqabət apara biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər