main-post-cover

    iPhone 16 Pro ilə iPhone 16 Pro Max-da daha böyük ölçülü ekranların olacağı təsdiqlənib

    Cihazlar+
    02.10.2023
    Emil Nəcəfov
        May ayında məlumat ortaya çıxmışdı ki, Apple şirkəti gələn il təqdim olunacaq iPhone 16 Pro iPhone 16 Pro Max modellərində ekran ölçülərini böyüdəcək. Məlumatda qeyd edilmişdi ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro modeli 6.1 düym, iPhone 15 Pro Max modeli isə 6.7 düym ekranla təchiz olunur. İndi isə Macrumors saytı may ayında ortaya çıxmış məlumatı təsdiqləyib.
        Belə ki, sayt gələn il təqdim olunacaq bütün iPhone 16 modellərinin ölçüləri barəsində məlumatı əldə edib. Məlumatda qeyd edilib ki, iPhone 16 iPhone 16 Plus modellərinin ölçülərində heç bir dəyişiklik olmayacaq. Bu isə o deməkdir ki, onlar iPhone 15 iPhone 15 Plus modellərinin sahib olduqları ekran ölçülərini əldə edəcəklər. Lakin bununla yanaşı məlumata əsasən iPhone 16 və iPhone 16 Plus-ın çəkilərində 2 qramm artım olacaq.
        Belə ki, iPhone 16-nın çəkisi 173 qramm, iPhone 16 Pus-ın çəkisi isə 203 qramm təşkil edəcək. Qeyd edilib ki, sözügedən smartfonların arxa kameraları iPhone 12-dəki kimi şaquli şəkildə yerləşdiriləcək. Lakin ən maraqlı dəyişikliklər məhz iPhone 16 Pro modellərini gözləyior. Məlumata əsasən iPhone 16 Pro modeli 6.27 düym ekran, iPhone 16 Pro Max modeli isə 6.85 düym ekran ilə təchiz olunacaq. iPhone 15 Pro modelləri ilə iPhone 16 Pro modelləri arasında olacaq ölçü fərqləri təqdim edilmiş fotolarda əks olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər