
iPhone 16 Pro keçən ilki iPhone 15 Pro Max-ın eksklüziv imkanını əldə edəcək
Cihazlar+
08.07.2024
Emil
Apple şirkəti hər il təqdim olunan yeni iPhone modellərinin kamera imkanlarını təkmilləşdirir. 2024-cü il istisna olmamalıdır. Gözləntilərə əsasən iPhone 16 smartfon seriyasında bu dəyişikliklər daha nəzərə çarpan olacaqlar. Keçən il təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro Max-ın eksklüziv kamera özəlliyi ondan ibarətdir ki, sözügedən smartfon 5 qat optik zoom və 25 qat rəqəmsal zoom imkanlarını verən periskop kamera obyektivini özündə birləşdirir.
Ortaya çıxmış yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro modeli də bu cür kamera obyektivinə sahib olacaq. Məlumatda qeyd edilib ki, Apple öz iPhone smartfonlarında periskop kamera obyektivinin istifadəsi imkanını genişləndirməyə hədəflənib. Məlumata əsasən bu ilki iPhone-lar üçün periskop kamera obyektivinin istehsalı ilə Tayvanın Largan Precision və Genius Electronic Optical şirkətləri məşğul olacaqlar. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro Max üçün periskop kamera obyektivinin istehsalı ilə məhz Largan Precision şirkəti məşğul olurdu.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple 7 düym ekranlı yeni ev aksesuarı üzərində çalışır
Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti HomeAccessory17.1 kod adına sahib yeni cihaz üzərində çalışır.

Cihazlar+
Növbəti iPhone SE-nin hansı prosessoru əldə edə biləcəyi məlum olub
Apple şirkəti hələ növbəti iPhone SE smartfonunu anons etməsə də, onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.

Təhlükəsizlik
Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!
Yeni araşdırma, böyük və populyar proqramlar da daxil olmaqla, təxminən 3 milyon iOS və macOS tətbiqinə təsir edən zəifliyi aşkar edib.

Cihazlar+
iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər
Samsung təkcə smartfonların deyil həmçinin yüksək keyfiyyətli OLED ekranların hazırlanması ilə də məşğul olur.

Cihazlar+
Apple daha 3 cihazını köhnəlmiş cihazlar siyahısına daxil edib
Apple şirkəti özünün köhnəlmiş cihazlar siyahısına növbəti 3 cihazı əlavə edib. Onlar iPhone, HomePod və AirPods cihazlarını əhatə edirlər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
