
iPhone 16 Pro Max Apple tarixində ən böyük ekranlı iPhone olacaq
Ross Young adlı məşhur insayder Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 16 smartfonları barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar smartfonların ekranlarını, gövdə ölçülərini və əldə edəcəkləri prosessorları əhatə edirlər. Beləliklə insayderin sözlərinə əsasən iPhone 16 və iPhone 16 Pro modellərinin ekran ölçüləri 6.1 düym-dən 6.3 düym-ə, iPhone 16 Plus və iPhone 16 Pro Max modellərinin ekran ölçüləri isə 6.7 düym-dən 6.9 düym-ə böyüyəcəklər.
Məlumatda qeyd edilib ki, smartfonların ekran ölçülərinin böyüməsi öz növbəsində onların gövdə ölçülərinin böyüməsinə də səbəb olacaq. Belə ki, iPhone 16 smartfonlarının gövdələrinin uzunluqları 3 mm, enləri isə 1 mm artacaq. Smartfonların qalınlıqları iPhone 15 modellərinin qalınlıqları səviyyəsində qalacaq. İnsayderin sözlərinə əsasən iPhone 16 və iPhone 16 Plus modelləri A18 prosessoru, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri isə A18 Pro prosessoru vasitəsilə çalışacaqlar.
Paylaş