main-post-cover

    iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra 33 saat çalışa bilir

    Cihazlar+
    10.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti dünən təqdim etmiş olduğu iPhone 16 smartfonlarının batareya həcmləri barəsində məlumat verməyib. Ümumiyyətlə Apple öz cihazlarının bu göstəricisini açıqlamır. Lakin məlum olub ki, yenicə təqdim edilmiş iPhone 16 Pro Max modeli bir dəfə şarj olunandan sonra 33 saat ərzində çalışa bilir. Bunu Apple özü rəsmi şəkildə açıqlayıb. Beləliklə iPhone 16 Pro Max modeli yerdə qalan bütün iPhone-lar arasında bir dəfə şarj olunandan sonra ən çox çalışa bilən smartfon olub.
         Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro Max modeli bir dəfə şarj olunandan sonra 29 saat ərzində çalışa bilir. Yəni yeni smartfonda bu göstərici 14% yüksəlib. iPhone 15 Pro ilə müqayisədə isə iPhone 16 Pro modeli bir dəfə şarj olunandan sonra 27 saat ərzində çalışa bilir. Keçən ilki smartfonda bu göstərici 23 saat təşkil edir. Apple şirkətinin sözlərinə əsasən bütün bunlar daha böyük ölçülü və yaxşı optimizasiya edilmiş batareyalar hesabına mümkün olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 və iPhone 16 Plus-ın sahib olduqları A18 prosessoru Geekbench testlərindən keçib
    iphone-16-ve-iphone-16-plus-in-sahib-olduqlari-a18-prosessoru-geekbench-testlerinden-kecib
    Apple öz saytında bəzi iPhone-ların satışlarını dayandırıb
    apple-oz-saytinda-bezi-iphone-larin-satislarini-dayandirib
    Apple AirPods 4 təqdim olunub - QİYMƏTİ
    apple-airpods-4-teqdim-olunub-qiymeti
    Apple Watch Series 10 smart ssatı təqdim edilib - QİYMƏTİ
    apple-watch-series-10-smart-ssati-teqdim-edilib-qiymeti
    Hansı iPhone modelləri, süni intellekt (Apple Intelligence) xüsusiyyətlərini əldə edəcək?
    hansi-iphone-modelleri-suni-intellekt-apple-intelligence-xususiyyetlerini-elde-edecek