
iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilər
Cihazlar+
20.05.2024
Emil
Apple şirkətinin bu ilin ikinci yarısında təqdim edəcəyi iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro Max modelində bəzi dəyişikliklərin olacağı gözlənilir. Məşhur analitik Ming Chi-Kuo-nun sözlərinə əsasən iPhone 16 Pro Max-da reallaşdırılacaq əsas dəyişikliklərdən biri də onun batareyasının yenilənməsi olacaq. Analitik bildirib ki, iPhone 16 Pro Max modeli yüksək enerji sıxlığına sahib batareyanı əldə edəcək. Bu isə smartfonun bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışmasına şərait yaradacaq.
Məlumatda qeyd edilib ki, Apple bu iPhone 16 modelində paslanmaz polad materialdan hazırlanmış gövdəyə sahib batareyadan istifadə etməyi planlaşdırır. Bu öz növbəsində istiliyi daha effektiv şəkildə paylamağa və cihazın yüksək qızmaya daha dözümlü olmasına imkan verə bilər. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən iPhone 16 Pro Max üstəlik daha böyük ölçülü ekranı əldə edəcək. Onda 6.9 düym ölçülü ekrandan istifadə ediləcəyi gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 Pro Max-ın ekran ölçüsü 6.7 düym təşkil edir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
