main-post-cover

    iPhone 16 Pro Max-ın daha böyük ölçüyə sahib olacağına dair foto sübut ortaya çıxıb

    Cihazlar+
    17.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti bu ilin ikinci yarısında iPhone 16 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də iPhone 16 Pro Max olacaq. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iPhone 15 Pro Max ilə müqayisədə iPhone 16 Pro Max modelinin ölçüsü böyüyəcək. Belə ki, sözügedən model 6.7 düym deyil, 6.9 düym ölçülü ekranı əldə edəcək. iPhone 16 Pro Max-ın ortaya çıxmış fotosu bu məlumatları təsdiqləyib.
         Ortaya çıxmış fotoda iPhone 16 Pro Max modelinin həm arxa həm də ön paneli əks olunub və onun ölçüsü iPhone 15 Pro Max-ın ölçüsü ilə müqayisə edilib. Bununla yanaşı məlumata əsasən iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində Border Reduction Structure (BRS) adlı texnologiyadan istifadə ediləcək. Bu texnologiya isə öz növbəsində ekran ətrafı çərçivənin qalınlığını azaldacaq. Nəticədə smartfonlardakı ekran sahəsinin əhatəsi daha geniş olacaq. Gözləntilərə əsasən iPhone 16 Pro Max-ın ekranı üstəlik 20% daha parlaq olacaq. iPhone 16 Pro-ya gəldikdə isə onun ekran ölçüsü 6.1 düym-dən 6.3 düym-ə yüksəlməlidir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPad Pro 2024 planşeti dözümlülük testlərindən keçib (VİDEO)
    ipad-pro-2024-planseti-dozumluluk-testlerinden-kecib-video
    Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
    samsung-sirketi-apple-in-ipad-reklamini-ele-salib-video
    iOS 18-də olacaq bəzi yeni funksiyalar açıqlanıb
    ios-18-de-olacaq-bezi-yeni-funksiyalar-aciqlanib
    Apple artıq 7-ci nəsil iPad Air üzərində çalışır
    apple-artiq-7-ci-nesil-ipad-air-uzerinde-calisir
    Yeni nəsil iPad mini nə zaman təqdim ediləcək?
    yeni-nesil-ipad-mini-ne-zaman-teqdim-edilecek