Logo
    main-post-cover

    iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub

    Cihazlar+
    03.10.2024
    Emil
         TD Cowen şirkətinin analitikləri iPhone 16 Pro Max-ın 256 GB daxili yaddaş həcminə sahib versiyasının bütün daxili komponentlərinin qiymətlərini təyin edərək bu smartfonun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini öyrəniblər. Məlum olub ki, iPhone 16 Pro Max-da istifadə edilən komponent və materialların ümumi qiyməti 453$-dan 485$-a yüksəlib. Keçən ilki iPhone 15 Pro Max-da istifadə edilən komponent və materialların ümumi qiyməti məhz 453$ təşkil edirdi. Məlum olub ki, iPhone 16-nın ən bahalı komponentlərindən biri 6.9 düym ölçülü OLED ekrandır.
          Onun qiyməti 80$ təşkil edir və o, iPhone 16 Pro Max-ın maya dəyərinin 16%-ni əhatə edir. Üstəlik iPhone 16 Pro Max-da LPDDR5 əvəzinə LPDDR5X standartlı RAM yaddaşından istifadə edilir. Bu standartlı RAM yaddaşının qiyməti isə 17$ təşkil edir. Smartfonun sahib olduğu prosessorun qiyməti 40$-dan 45$-a yüksəlib. 256 GB daxili yaddaş çipinin qiyməti 22$, arxa kameraların ümumi qiyməti isə 80$-dır. iPhone 16 Pro Max-da istifadə edilən digər komponent və materialların qiymətləri ilə fotodan tanış olmaq olar. Nəticədə söyləmək olar ki, iPhone 15 Pro Max-ın istehsalı ilə müqayisədə iPhone 16 Pro Max-ın istehsalı Apple şirkətinə 32$ daha baha başa gəlir.
    Paylaş